Bakıda daha bir meydança istifadəyə verilib
Bakıda Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Yasamal Rayon İcra Hakimiyyəti və Yasamal bələdiyyəsi tərəfindən birgə inşa olunmuş daha bir yeni süni örtüklü meydança sakinlərin istifadəsinə verilib.

Tədbirdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, futbol veteranları Rüstəm Rəhimov və Vəli Qasımov, Milli Məclisin deputatı Elnur Allahverdiyev, Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Xatırladaq ki, Yasamal rayonun ərazisində bu il iyunun 8-də və sentyabrın 16-da daha 2 süni örtüklü meydança sakinlərin ixtiyarına verilmişdi.

Xəbər 281 dəfə oxundu.