Azərbaycanın U-21 komandası Avstriya yığmasına məğlub olub
İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi bu gün Avstriya yığması ilə qarşılaşıb.

“Bakcell Arena”da keçirilmiş oyun 3:0 hesabı ilə Avstriya komandasının xeyrinə başa çatıb.

Millimizin yer aldığı A qrupunda Xorvatiya millisi 15 xalla birinci pillədə qərarlaşıb. Hesabında 12 xal olan Avstriya ikinci pilləyə yüksəlib. Norveç 9 xalla ilk üçlüyü qapayır. Finlandiya 7 xalla dördüncü, Azərbaycan 1 xalla beşincidir. Xalı olmayan Estoniya komandası isə qrupda sonuncudur.

Xəbər 297 dəfə oxundu.