“Omoniya” klubu “Qarabağ” ilə oyun öncəsi itki ilə üzləşib
Kiprin “Omoniya” klubu Bakıda “Qarabağ”a qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində daha bir oyunçusunun xidmətindən yararlana bilməyəcək.

Kipr təmsilçisinin əsas qapıçısı Fabiano görüşdə iştirak etməyəcək. Dördüncü turda İsveçrə “Bazel”i ilə 1:1 hesablı heç-heçə etdikləri oyunda zədələnən 33 yaşlı braziliyalı qolkiper artıq ili başa vurub.

Daha əvvəl Yannis Kusulosun qarşılaşmada iştirak etməyəcəyi dəqiqləşib.

Noyabrın 25-də keçiriləcək “Qarabağ” – “Omoniya” görüşü saat 21:45-də başlayacaq. Azərbaycan təmsilçisi dördüncü turda Qazaxıstanda “Kayrat”a 2:1 hesabı ilə qalib gəlməklə pley-offa vəsiqəni təmin edib.

Xəbər 301 dəfə oxundu.