Basketbol üzrə Avroliqanın “Dördlər finalı” Berlində təşkil olunacaq
Basketbol üzrə Avroliqada mövsümün sonunda təşkil olunacaq “Dördlər finalı”nın vaxtı məlum olub.

Turnirin 4 ən güclü komandası gələn il mayın 27-29-da Berlinə toplaşacaq. Liqa son iki mövsümdə turnirin həlledici hissəsini məhz Almaniyada keçirir. Ötən mövsüm yarımfinal və final görüşləri Köln şəhərində təşkil edilib.

Hazırda müntəzəm çempionatda 8 tur geridə qalıb. “Olimpiya Milan” komandası 7 qələbə və 1 məğlubiyyətlə turnir cədvəlinə başçılıq edir.

Xəbər 350 dəfə oxundu.