Futbol üzrə dünya çempionatının seçmə mərhələsinin Avropa zonası üzrə doqquzuncu turuna start verilib
Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin doqquzuncu turuna start verilib.

Turnirin A qrupunda yer alan Azərbaycan milli komandası sonuncu görüşdə Lüksemburq yığmasını qəbul edib. Görüş qonaqların 3:1 hesabı ilə məğlub olub.

Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

A qrupu

Azərbaycan – Lüksemburq - 1:3;

İrlandiya – Portuqaliya - 0:0.

Qrupdakı vəziyyət: Serbiya - 17 (7 oyuna), Portuqaliya - 17 (7), Lüksemburq - 9 (7), İrlandiya - 6 (7), Azərbaycan - 1 (8).

B qrupu

Gürcüstan – İsveç - 2:0;

Yunanıstan – İspaniya - 0:1.

Qrupdakı vəziyyət: İspaniya - 16, İsveç - 15, Yunanıstan - 9 (6), Gürcüstan - 7, Kosovo - 4.

H qrupu

Rusiya – Kipr -6:0;

Malta – Xorvatiya - 1:7;

Slovakiya – Sloveniya - 2:2.

Qrupdakı vəziyyət: Rusiya - 22, Xorvatiya - 20, Slovakiya - 1, Sloveniya - 1, Malta - 5, Kipr - 5.

J qrupu

Ermənistan - Şimali Makedoniya - 0:5;

Rumıniya – İslandiya - 0:0;

Almaniya – Lixtenşteyn - 9:0.

Qrupdakı vəziyyət: Almaniya - 24, Şimali Makedoniya - 15, Rumıniya - 14, , Ermənistan - 12, İslandiya - 9, Lixtenşteyn – 1.

Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin doqquzuncu turunun digər oyunları noyabrın 12-də keçiriləcək.

Xəbər 289 dəfə oxundu.