“Səbail”in yarımmüdafiəçisi Domantas Şimkus Litva millisinə dəvət alıb
Bakının “Səbail” klubunun yarımmüdafiəçisi Domantas Şimkus Litva milli komandasına dəvət alıb.

Bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

Litva yığması noyabrın 12-də dünya çempionatının seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyanın qonağı olacaq. Noyabrın 15-də isə komanda Küveyt yığması ilə yoxlama oyunu keçirəcək.

Xəbər 295 dəfə oxundu.