«Qızıl top»a 3 namizəd
İspan «El Klassiko»sunun 3 iştirakçısı – «Barselona»nın hücumçusu Lionel Messi, yarımmüdafiəçisi Andres İnyesta və «Real»ın forvardı Kriştianu Ronaldu UEFA versiyası üzrə 2011-2012-ci illər mövsümünün «Qızıl top»una namizədlərdir.

İdman.com.az saytının məlümatına görə, qitənin ən yaxşı oyunçusu avqustun 30-da Çempionlar Liqasının püşkatması zamanı müəyyən ediləcək. Bu üç futbolçunun mövqeyi məhz həmin tarixdə həll olunacağı halda, ilk onluğun sonrakı pillələrinin sahibləri artıq bəllidir. Onluqda 4-10-cu yerləri aşağıdakı futbolçular tutublar:

4. Andrea Pirlo («Yuventus»)
5. Xavi («Barselona»)
6. İker Kasilyas («Real»)
7. Didye Droqba («Çelsi»)
8. Petr Çex («Çelsi»),
8. Radamel Falkao («Atletiko»)
10. Məsud Özil («Real»)

Xəbər 1021 dəfə oxundu.