“Səbail”in futbolçusu Camal Araqo Liberiya milli komandasına dəvət alıb
Bakının “Səbail” klubunun futbolçusu Camal Araqo Liberiya milli komandasına dəvət alıb.

Bu barədə klubun saytı məlumat yayıb.

C.Araqo Qananın U-17 və U-20 milli komandalarında çıxış edib. Lakin baba-nənə xətti ilə liberiyalı olan 28 yaşlı müdafiəçi həmin milli komandada oynamağa qərar verib.

Qeyd edək ki, klubun digər futbolçusu Domantas Şimkus isə Litva milli komandasına dəvət alıb.

Xəbər 305 dəfə oxundu.