Gənc taekvondoçularımız Avropa birinciliyində iştirak edəcəklər
Noyabrın 12-də Bosniya və Herseqovinada taekvondo üzrə Avropa birinciliyi start götürəcək.

Gənclər arasında keçiriləcək yarışda ölkəmizi 15 idmançı təmsil edəcək. Belə ki, oğlanların yarışında Pünhan Mürsəlov (45 kq), Rahid Vəliyev (48 kq), Səyyad Dadaşov (51 kq), Yusif Qurbanov (55 kq), Fərid Əliyev (59 kq), Nicat İsmayılzadə (63 kq), Nizami Hacıyev (68 kq) və Eltac Qafarov (73 kq) iştirak edəcəklər. Qızların yarışında isə Zemfira Həsənzadə (42 kq), Məryəm Məmmədova (44 kq), Sona Ağayeva (46 kq), Aysu Mammadova (49 kq), Leyla Bəşirova (52 kq), Meylin Məmmədova (55 kq) və Fatima Macidova (59 kq) güclərini sınayacaqlar.

Avropa birinciliyi noyabrın 15-dək davam edəcək.

Xəbər 349 dəfə oxundu.