Azərbaycan - Qətər oyununun hakimləri açıqlanıb
Azərbaycan və Qətər milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun hakimləri açıqlanıb.

Qarşılaşma Litvadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Donatas Rumşasa laynsmanlar qismində Aleksandr Radius və Dovidas Sujiedelis kömək edəcək.

Dördüncü hakim funksiyasını Azərbaycanın FIFA referisi Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Qətər matçı saat 21:00-da başlayacaq.

Xəbər 291 dəfə oxundu.