Dünya çempionatında Azərbaycanı 5 samboçu təmsil edəcək
Noyabrın 12-də Özbəkistanın paytaxtı Daşkənddə idman və döyüş sambosu üzrə dünya çempionatı start götürəcək.

Turnirdə ölkəmizi 5 idmançı təmsil edəcək. Belə ki, yığma komandanın heyətində idmançılar - Eyvaz Baxşiyev (58 kq), Mirfəttah Seyidəliyev (64 kq), Kamran Əskərov (71 kq), Abdulla Abdullayev (79 kq) və Ceyhun Hüseynov (88 kq) mübarizə aparacaqlar.

Turnirin mükafat fondu 230 min ABŞ dolları təşkil edəcək. Birinci yerin sahibi 4, ikinci yeri tutan 3, üçüncü yerdə qərarlaşan samboçu isə 2 min ABŞ dolları alacaq.

Yarışda 50 ölkədən samboçuların iştirakı gözlənilir. Turnir noyabrın 14-dək davam edəcək.

Xəbər 462 dəfə oxundu.