Qətər millisi Azərbaycan ilə oyun öncəsi itki ilə üzləşib
Futbol üzrə Qətər millisi itki ilə üzləşib.

Yığmanın kapitanı Hasan Al-Haydos zədələndiyi üçün noyabrın 11-də Serbiya və üç gün sonra Azərbaycana qarşı keçiriləcək yoldaşlıq matçlarını buraxmalı olacaq.

Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Qətər matçı saat 21:00-da start götürəcək.

Xəbər 306 dəfə oxundu.