MMA döyüşçülərimiz Avropa çempionatında 4 medal qazanıblar
Noyabrın 5-dən 9-dək Ukraynanın paytaxtı Kiyev şəhərində MMA idman növü üzrə Avropa çempionatı keçirilib.

Yarışda idmançılarımızdan Fətəli Talıbov (52 kq) qızıl, Denis Məlikov (65 kq) gümüş, İmran Abbasquliyev (70 kq) və Nail Əzizov (83 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, MMA idmançılarımızı gələn ay daha məsuliyyətli yarış - Almaniyada təşkil ediləcək dünya çempionatı (7-11 dekabr) gözləyir.

Xəbər 394 dəfə oxundu.