Azərbaycan Kubokunda yeni mövsümün püşkü atılıb | |
Futbol üzrə Azərbaycan Kubokunda 2021/2022 mövsümünün püşkü atılıb. Tədbir AFFA-nın inzibati binasında baş tutub. Mərasimə Peşəkar Futbol Liqasının rəhbərliyi və klub nümayəndələri qatılıb. Azərbaycan Kuboku 1/8 final MOİK - "Qəbələ" "Keşlə" - "Qaradağ Lökbatan" "Sabah" - "Kəpəz" "Zaqatala" - "Səbail" 1/4 final 1. "Zirə" - "Zaqatala" / "Səbail" 2. "Sumqayıt" - MOİK / "Qəbələ" 3. "Qarabağ" - "Keşlə" / "Qaradağ Lökbatan" 4. "Neftçi" - "Sabah" / "Kəpəz" Yarımfinal 1 cütünün qalibi - 4 cütünün qalibi 2 cütünün qalibi - 3 cütünün qalibi FİNAL Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları 10-11 dekabrda olacaq. 2022-ci ilin 1-2 fevral və 12-13 fevralında 1/4 final, 20 aprel və 29 apreldə yarımfinal görüşləri keçiriləcək. Final oyunu isə 27 mayda təşkil ediləcək. |
|
Xəbər 285 dəfə oxundu. |
|
|