Futbol üzrə Azərbaycan kuboku uğrunda yarışın 2021-2022-ci il mövsümünün püşkü atılıb
Noyabrın 10-da AFFA-nın inzibati binasında futbol üzrə Azərbaycan kuboku uğrunda yarışın 2021-2022-ci il mövsümünün püşkü atılıb.

12 komandanın iştirakı ilə keçiriləcək turnirdə mübarizə səkkizdəbir final mərhələsindən başlayacaq. Dörddəbir finaldan etibarən ev-səfər oyunları prinsipi tətbiq olunacaq.

Dekabrın 10-da və 11-də təşkil olunacaq səkkizdəbir final mərhələsində püşkatmanın nəticələrinə əsasən, “Zaqatala” – “Səbail”, “Keşlə” – “Qarabağ Lökbatan”, “MOİK” – "Qəbələ" və “Sabah” – “Kəpəz” oyunları təşkil olunacaq. Gələn il fevralın 1-2-də və 6-7-də keçiriləcək növbəti mərhələnin qarşılaşmalarında “Zirə” birinci, “Qarabağ” ikinci, “Sumqayıt” üçüncü, “Neftçi” isə dördüncü qarşılaşmanın qalibi ilə üz-üzə gələcək.

Turnirin final matçı 2022-ci il mayın 27-də oynanılacaq.

Xəbər 285 dəfə oxundu.