Şahmatçımız “Titled Tuesday Blitz” turnirində yeddinci yeri tutub
Azərbaycan şahmatçısı Vüqar Manafov “Titled Tuesday Blitz” turnirində 7-ci yeri tutub.

Şahmatçımız 11 turdan 9 xal toplayıb. Digər şahmatçılarımızdan Murad İbrahimli 8, Fərid Mustafayev isə 7 xal toplayıblar.

İsveçrə sistemi üzrə keçirilən yarışda 500-dən çox şahmatçı iştirak edib.

Xəbər 582 dəfə oxundu.