Azərbaycan – Avstriya oyununun hakimləri açıqlanıb
İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində “Bakcell Arena”da keçiriləcək Azərbaycan - Avstriya oyununun hakimləri açıqlanıb.

Oyunu Serbiyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Miloş Milanoviç olacaq. Ona Yovan Grujic və Matiya Olayos Nadj kömək edəcəklər. Dördüncü hakim funksiyasını Marko Sreçkoviç yerinə yetirəcək.

Matç noyabrın 12-də saat 21:00-da start götürəcək.

Xəbər 728 dəfə oxundu.