Azərbaycan futbolçuları Türkiyə klubu ilə müqavilə imzalayıblar
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvləri Aysun Əliyeva və Ayşən Əhmədovanın yeni klubu bəlli olub.

Hər iki oyunçu Türkiyə təmsilçisi “Rizespor” ilə müqavilə imzalayıb. Onların sözləşmələrinin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, A.Əliyeva son olaraq Türkiyədə “Fomget Genclik ve Spor”, A.Əhmədova isə Rusiyanın “Rubin” klubunun formasını geyinib.

Xəbər 314 dəfə oxundu.