Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununu keçirəcək
On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununu keçirəcək.

Millimiz Bakı vaxtı ilə saat 21:00-da Lüksemburqda keçiriləcək oyunda Belçika yığması ilə qarşılaşacaq.

Qarşılaşmanı Bosniya və Herseqovinadan olan hakim idarə edəcək. Matçın baş hakimi Luka Bilbiya olacaq. Ona Aleksandar Smilyanic (Bosniya və Herseqovina) və Dani Dias Balsa (Lüksemburq) kömək edəcəklər. Dördüncü hakim funksiyasını Sedrik Biever (Lüksemburq) yerinə yetirəcək.

Xəbər 294 dəfə oxundu.