Azərbaycan bodibildinqçiləri dünya çempionatında 3 medal qazanıblar | |
Bodibildinq üzrə Azərbaycan milli komandası İspaniyanın Santa-Susanna şəhərində keçirilən dünya çempionatında 3 medal qazanıb. Çempionatda açıq “Muscular Men s Physique” kareqoriyasında çıxış edən Rasim Həsənov gümüş medala sahib olub. “Men s Physique” kateqoriyasında hündürlüyü 179 santimetrədək olan idmançıların yarışında təmsilçimiz Əli Qurbanlı üçüncü yeri tutub. Bodibildinq yarışlarında 100 kiloqram çəki dərəcəsində çıxış edən Fuad Quluzadə isə dünya çempionatının bürünc medalına sahib olub. |
|
Xəbər 638 dəfə oxundu. |
|
|