Qonzalo İquain bir neçə il də "kral klubu"nda qala bilər
"Real"da forma geyən Qonzalo İquain bir neçə il də "kral klubu"nda qala bilər. Madrid təmsilçisi argentinalı hücumçuya yeni müqavilə təklif edib.

İspan nəhəngi 24 yaşlı futbolçunu 2016-cı ilədək komandada saxlamaq niyyətindədi. Oyunçu isə hələlik məsələ ilə bağlı heç nə deməyib. Lakin onun müqaviləni uzadacağı inandırıcıdı.

İquain 2007-ci ildən "Real"ın uğurları üçün tər tökür. O, bu komandanın heyətində keçirdiyi 162 matçda 91 qol vurub.

Xəbər 986 dəfə oxundu.