Zəfər Gününə həsr edilmiş fudokan üzrə açıq Bakı çempionatı və birinciliyi keçirilir
Noyabrın 7-də "Sərhədçi" Olimpiya İdman Mərkəzində Zəfər Gününə həsr edilmiş fudokan üzrə açıq Bakı çempionatı və birinciliyi start götürüb.

Yarışda uşaq, yeniyetmə və gənc fudokançılar mübarizə aparırlar.

Turnirdə Bakı, Sumqayıt, Gəncə, Ağstafa, Cəlilabad, Qobustan, Biləsuvar, Xaçmaz, Sabirabad və digər rayon və şəhərlərdən idmançılar iştirak edirlər.

Yarış Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Karate-do Akademiyasının birgə təşkilatçılığı ilə keçirilir.

Turnirə bu gün yekun vurulacaq.

Xəbər 312 dəfə oxundu.