“Grand Swiss-2021”: Şahmatçılarımızdan üç heç-heçə, bir məğlubiyyət
Riqada şahmat üzrə “Grand Swiss-2021” turnirində doqquzuncu turun oyunları keçirilib.

Bu mərhələdə təmsilçilərimizdən üçü heç-heçəyə razılaşıb, biri isə məğlub olub. Belə ki, Aydın Süleymanlı fransalı Jules Moussard, Rauf Məmmədov çexiyalı Tay Dan Van Nquyen, Nicat Abasov latviyalı Arturs Neiksans ilə heç-heçə ediblər. Vasif Durarbəyli isə rusiyalı Vadim Zvjaginsevə uduzub.

Doqquz turun nəticəsinə görə, A.Süleymanlı 4 xal toplayıb. R.Məmmədov, N.Abasov və V.Durarbəyli 3,5 xala malikdirlər.
İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət olan turnirə noyabrın 7-də yekun vurulacaq.

Xəbər 296 dəfə oxundu.