Azərbaycanın cüdo komandası Bakıda keçirilən “Böyük dəbilqə” turnirində ilk medalını qazanıb
Bakıda keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirində Azərbaycan komandası ilk medalını qazanıb.

Yarışın birinci günündə cüdoçumuz Rövşən Əliyev (60 kq) bürünc medal uğrunda qarşılaşmada monqolustanlı Sumiyabazar Enktaivanı məğlub edib.

Qeyd edək ki, mötəbər turnirdə 29 ölkədən 300-ə yaxın cüdoçu iştirak edir. Azərbaycan turnirdə geniş heyətlə - 33 cüdoçu ilə təmsil olunur. Turnirin birinci günündə 13 cüdoçumuz mübarizəyə qoşulub.

Xəbər 355 dəfə oxundu.