Zəfər Gününə həsr olunmuş atletika üzrə respublika birinciliyinin qalibləri müəyyənləşib
Zəfər Gününə həsr olunmuş atletika üzrə respublika birinciliyi keçirilib.

Yarışda Təhsil Nazirliyinin sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərindən iki yaş qrupu üzrə 110 idmançı mübarizə aparıb.

Birincilikdə 60, 200, 400, 800 və 1500 metr məsafəyə qaçış, uzunluğa tullanma, atmalar və estafet növlərində yaş qrupları üzrə keçirilən yarışda 5 nömrəli İOEUGİM-nin təmsilçiləri 18 qızıl, 18 gümüş, 14 bürünc, 1 nömrəli RİOEUGİM-nin yetirmələri 3 qızıl, 3 gümüş, 5 bürünc, Gəncə şəhər 1 nömrəli UGİM-nin atletləri 3 qızıl, 4 gümüş, 3 bürünc və Şəmkir rayon UGİŞM-nin idmançısı isə 1 bürünc medal qazanıb.

Yarışın sonunda qaliblər diplom və medalla təltif ediliblər.

Qeyd edək ki, hazırda yeniyetmələr arasında Zəfər Gününə həsr olunmuş karate, atletika və qılıncoynatma idman növləri üzrə respublika birincilikləri keçirilir.

Yarışın keçirilməsində məqsəd Zəfər Gününün qeyd edilməsi, yeniyetmələr arasında vətənpərvərlik hissinin gücləndirilməsi, bədən tərbiyəsi və idmanın təbliğ edilməsi, “Təhsil” Respublika İdman Mərkəzinin yeniyetmələrdən ibarət yığma komandasının heyətinin müəyyən edilməsindən ibarətdir.

Xəbər 362 dəfə oxundu.