Zəfər Gününə həsr olunmuş şahmat üzrə beynəlxalq reytinq turniri davam edir
“Təhsil” Respublika İdman Mərkəzi və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş şahmat üzrə beynəlxalq reytinq turniri davam edir.

6 turun nəticəsinə görə 5,5 xal toplayan Babək Cəfərli liderliyə yüksəlib. İsveçrə sistemi üzrə keçirilən turnir 7 turdan ibarətdir.

Beynəlxalq reytinq turnirində ikisi beynəlxalq usta olmaqla, 35 şahmatçı iştirak edir.

Xəbər 329 dəfə oxundu.