UEFA Konfrans Liqası: "Qarabağ"ın futbolçusu həftənin ən yaxşısı adına namizəddir
UEFA Konfrans Liqasında qrup mərhələsinin IV turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

Bu ada iddialılardan biri "Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubirdir. Onunla yanaşı, namizədlər arasında Andre Qrin (“Slovan” Bratislava Slovakiya), Keyto Nakamura (LASK, Avstriya) və Ola Solbakken (“Budyo Qlimt”, Norveç) də yer alıblar

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermədən sonra bəlli olacaq.

Xəbər 313 dəfə oxundu.