“Grand Swiss-2021”: Şahmatçılarımız doqquzuncu turda mübarizə aparacaqlar
Riqada şahmat üzrə “Grand Swiss-2021” turnirində doqquzuncu turun oyunları keçiriləcək.

Bu mərhələdə təmsilçilərimiz Vasif Durarbəyli rusiyalı Vadim Zvjaginsev, Aydın Süleymanlı fransalı Jules Moussard, Rauf Məmmədov çexiyalı Tay Dan Van Nquyen, Nicat Abasov latviyalı Arturs Neiksans ilə mübarizə aparacaqlar.

Səkkiz turun nəticəsinə görə, V.Durarbəyli və A.Süleymanlı 3,5, R.Məmmədov, N.Abasov 3 xal qazanıblar.

İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət olan turnirə noyabrın 7-də yekun vurulacaq.

Xəbər 462 dəfə oxundu.