Lüksemburq yığması Azərbaycanla oyundan əvvəl itki ilə üzləşib
Lüksemburq yığması Bakıda Azərbaycan millisinə qarşı keçirəcəyi 2022-ci il dünya çempionatının seçmə mərhələ oyunundan əvvəl itki ilə üzləşib.

Lars Jerson zədə səbəbindən bir neçə həftəlik sıradan çıxıb.

Norveçin "Brann" klubunda çıxış edən 31 yaşlı mərkəz müdafiəçisi "Vikinq"lə çempionat oyununda zədə alıb. Lüksemburq yığmasının baş məşqçisi Lük Holts Azərbaycan və İrlandiya ilə görüşlərdə Jersonun xidmətindən yararlana bilməyəcək.

Qeyd edək ki, noyabrın 11-də Azərbaycanın qonağı olacaq Lüksemburq millisi 3 gün sonra İrlandiyanı qəbul edəcək.

Xəbər 299 dəfə oxundu.