İker Kasilyas maraqlı açıqlamaları ilə gündəmi zəbt edib
İspaniya millisinin və "Real"ın qapıçısı İker Kasilyas maraqlı açıqlamaları ilə gündəmi zəbt edib. Təcrübəli qolkiper dünyanın ən yaxşı futbolçularının Ronaldo ilə Messi olduğunu bildirib.

O, hər iki oyunçu arasında hər an müqayisənin davam edəcəyini deyib: "Hazırda dünyanın ən yaxşı futbolçuları Ronaldo və Messidir. Bunlar arasında müqayisə hər zaman davam edəcək.

Kimisi üçün Messi, kimisi üçün də Ronaldo ən yaxşıdır. Əgər birini seçməli olsaydım, eyni komandada oynadığımız üçün Ronaldonu deyərdim".

Qeyd edək ki, hər iki futbolçu "Qızıl top"u qazanmaq uğrunda mübarizə aparır.

Xəbər 1169 dəfə oxundu.