Avropa çempionatında cüdoçularımızın rəqibləri müəyyənləşib
Macarıstanın Budapeşt şəhərində gənclər arasında noyabrın 5-də start götürəcək Avropa çempionatında cüdoçularımızın rəqibləri müəyyənləşib.

23 yaşadək cüdoçular arasında keçiriləcək qitə çempionatında ümumilikdə 8 idmançımız mübarizə aparacaq. Belə ki, startda kişilərin yarışında Elçin Hüseynov (66 kq) David Alves Duarte (İspaniya), Zelim Tckayev (81 kq) Tiziano Falkone (İtaliya), Məhərrəm İmamverdiyev Vuk Elez (Serbiya), İmran Yusifov (+100 kq) Vasili Endovitski (Rusiya) ilə mübarizə aparacaqlar.
Qadınların turnirində isə təmsilçilərimiz Aydan Vəliyeva (48 kq) Alina Sergeyeva (Rusiya), Ramilə Əliyeva Paulina Zlaşta (Polşa), Səbinə Əliyeva (52 kq) Aleksandra Paska (Rumıniya), Nərgiz Hacıyeva (63 kq) isə Florentina İvanesku (Rumıniya) ilə güclərini sınayacaqlar.
Noyabrın 7-dək davam edəcək yarışda 38 ölkədən 300-ə yaxın cüdoçu iştirak edəcək.

Xəbər 418 dəfə oxundu.