Azərbaycanın yeniyetmə qılıncoynadanları Ankarada təlim-məşq toplanışında iştirak edirlər | |
Azərbaycanın yeniyetmələrdən ibarət sablya üzrə yığması Ankarada təlim-məşq toplanışında iştirak edir. Əminə Rzaquluzadə, Fidan Quliyeva, Abbas Hüseynov, Murad Muradov, Ayxan Xasıyev və Nurlan Zeynallı “Tohm” Olimpiya təlim-məşq bazasında məşqçilər Elxan Əhmədov və Azər Tağıyevin rəhbərliyi altında hazırlıqlarını davam etdirirlər. Qeyd edək ki, təlim-məşq toplanışı noyabrın 12-15-də İstanbulda keçiriləcək “Cadet Circuit” turnirinə hazırlıq xarakteri daşıyır. |
|
Xəbər 300 dəfə oxundu. |
|
|