Azərbaycan idmançıları Türkiyədə keçiriləcək şotokan karate üzrə dünya çempionatında iştirak edəcəklər
Noyabrın 5-7-də İstanbulda şotokan karate üzrə 11-ci dünya çempionatı keçiriləcək.

Mötəbər yarışda milli komandamızın və müxtəlif klubların üzvlərindən ibarət 30-dan artıq idmançı iştirak edəcək.

Şotokan karateçilərimiz Türkiyədə keçiriləcək yarışda Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Dünya Şotokan Federasiyasının (WSF) vitse-prezidenti Yaşar Bəşirovun rəhbərliyi altında mübarizə aparacaqlar.

Dünya çempionatında 27 ölkədən 1000-ədək idmançı mübarizə aparacaq.

Xəbər 317 dəfə oxundu.