Zəfər Gününə həsr edilmiş fudokan üzrə açıq Bakı çempionatı və birinciliyi keçiriləcək
Noyabrın 6-7-də "Sərhədçi" Olimpiya İdman Mərkəzində fudokan üzrə Zəfər Gününə həsr edilmiş açıq Bakı çempionatı və birinciliyi keçiriləcək.

Yarışda uşaq, yeniyetmə və gənc fudokançılar mübarizə aparacaqlar.

Turnirdə Bakı, Sumqayıt, Gəncə, Ağstafa, Cəlilabad, Qobustan, Biləsuvar, Xaçmaz, Sabirabad və digər rayon, şəhərlərdən idmançıların iştirakı planlaşdırırlıb.

Yarış Gənclər və İdman Nazirliyi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Karate-do Akademiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.

Xəbər 350 dəfə oxundu.