Lüksemburq yığması Azərbaycanla oyun üçün heyətini açıqlayıb
2022-ci il dünya çempionatının seçmə oyununda Azərbaycan və İrlandiya ilə üz-üzə gələcək Lüksemburq yığmasının heyəti açıqlanıb.

Baş məşqçi Lük Holts 23 futbolçuya dəvət göndərib.

Onlardan 3-ü qapıçı, 9-u müdafiəçi, 7-si yarımmüdafiəçi, 4-ü isə hücumçudur.

Qeyd edək ki, noyabrın 11-də Azərbaycanın qonağı olacaq Lüksemburq millisi bundan 3 gün sonra İrlandiyanı qəbul edəcək.

Xəbər 387 dəfə oxundu.