Sabah Bakıda cüdo üzrə “Böyük dəbilqə” turniri start götürəcək
Noyabrın 5-də Bakıda cüdo üzrə “Böyük dəbilqə” turniri start götürəcək. Azərbaycanı nüfuzlu yarışda 33 cüdoçu təmsil edəcək. Belə ki, kişilərin yarışında Balabəy Ağayev, Rövşən Əliyev, Əhməd Yusifov, Turan Bayramov (60 kq), İbrahim Əliyev, Orxan Səfərov, İsmayıl İbrahimov, Tofiq Məmmədov (66 kq), Hidayət Heydərov, Rüstəm Orucov, Telman Vəliyev, Rüfət Məmmədov (73 kq), Elcan Hacıyev, Ömər Rəcəbli, Kərim Məmmədov, Hasil Cəfərov (81 kq), Rüfət İsmayılov, Vüqar Talıbov, Məmmədəli Mehdiyev (90 kq), Adil Kərimli, Ruslan Nəsirli (100 kq), Kənan Abdullaxanlı, Uşangi Kokauri, Camal Feyziyev və Hüseyn Məmmədov (+100 kq) mübarizə aparacaqlar.

Qadınların yarışında isə Aişə Qurbanlı, Şəfəq Həmidova (48 kq), Zeynəb Məmmədova, Ülviyyə Bayramova (52 kq), İçinxorloo Münxsedev (57 kq), Aytac Qardaşxanlı (63 kq), Günel Həsənli və Südabə Ağayeva (70 kq) güclərini sınayacaqlar.

Qeyd edək ki, 3 gün davam edəcək yarışda 29 ölkədən 200-ə yaxın cüdoçu iştirak edəcək.

Xəbər 360 dəfə oxundu.