“Grand Swiss-2021”: Şahmatçılarımız səkkizinci turda mübarizə aparacaqlar
Riqada şahmat üzrə “Grand Swiss-2021” turnirində səkkizinici turun oyunları keçiriləcək.

Təmsilçimiz Rauf Məmmədov Alan Piçot (Argentina), Nicat Abasov Mixail Antipov (Rusiya), Vasif Durarbəyli Tay Dan Van Nquyen (Çexiya), Aydın Süleymanlı Boris Gelgandla (İsrail) qarşılaşacaqlar.

Yeddi turun nəticəsinə görə, şahmatçılarımız hərəyə 3 xal qazanıblar.

İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət olan turnirə noyabrın 7-də yekun vurulacaq.

Xəbər 357 dəfə oxundu.