“İdman elmində innovasiyalar” mövzusunda beynəlxalq konfrans keçirilir
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası “8 Noyabr - Zəfər Günü”nə həsr olunan “İdman elmində innovasiyalar” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirir.

Konfransın məqsədi idmanda qarşıya çıxan müxtəlif problemləri müzakirə etmək, idmanın inkişaf tendensiyalarını, innovativ idman layihələrini müəyyən etmək üçün elmi işçilərin və mütəxəssislərin səylərinin birləşdirilməsidir.

Konfransın açılışı noyabrın 3-də saat 10:00-da onlayn şəkildə baş tutub. Daha sonra iki gün ərzində “İdmançıların hazırlıq sisteminin təkmilləşdirilməsi”, “Bədən tərbiyəsində kütləvilik və sağlam həyat tərzinin formalaşdırılması” və “Bədən tərbiyəsi və idman fəaliyyətinin təşkili” bölmələrində iclaslar ADBTİA-nın akt zalında keçiriləcək.

Konfransın materialları ADBTİA-nın “Elmi Xəbərlər” jurnalında dərc ediləcək.

Xəbər 335 dəfə oxundu.