Media nümayəndələri arasında üzgüçülük turniri keçiriləcək
Gənclər və İdman Nazirliyi, Üzgüçülük Federasiyası, İdman Jurnalistləri Federasiyası və Bakı Su İdmanı Sarayının birgə təşkilatçılığı ilə noyabrın 14-də media nümayəndələri arasında üzgüçülük turniri keçiriləcək.

Zəfər Gününə həsr olunacaq yarışdan əvvəl jurnalistlər üçün üzgüçülük üzrə təlim təşkil ediləcək. Daha sonra yarışa start veriləcək.

Turnir iştirakçılarına xüsusi sertifikatlar, qaliblərə isə müvafiq diplomlar və Su İdmanı Sarayının xidmətlərindən ödənişsiz istifadə üçün abunə kartı hədiyyə ediləcək.

Xəbər 407 dəfə oxundu.