“Grand Swiss-2021” turnirində yeddinci turun oyunları keçiriləcək
Riqada şahmat üzrə “Grand Swiss-2021” turnirinin yeddinci turunun oyunları keçiriləcək.

Şahmatçılarımız Rauf Məmmədov Villagra Cristobal Henriquez (Çili), Nicat Abasov Surya Şekhar Ganquli (Hindistan), Aydın Süleymanlı Alan Piçot (Argentina), Vasif Durarbəyli Buhl Bjerre Conas (Danimarka) ilə mübarizə aparacaq.

Altı turun nəticəsinə görə, R.Məmmədov, N.Abasov, A.Süleymanlı hərəyə 2,5 xal qazanıblar. V.Durarbəylinin aktivində isə 2 xal var.

İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət olan turnirə noyabrın 7-də yekun vurulacaq.

Xəbər 286 dəfə oxundu.