"Sabah"ın qapıçısı Qazaxıstan klubu ilə danışıqlar aparır
Bakının "Sabah" futbol klubunun qapıçısı Saşa Stamenkoviç karyerasını Qazaxıstanda davam etdirə bilər.

36 yaşlı qolkiper "Aktobe" klubu ilə danışıqlar aparır.

Komandanın baş məşqçisi Vladimir Muxanov serbiyalı oyunçu ilə maraqlanır.

Qeyd edək ki, S.Stamenkoviç "Sabah" klubundan əvvəl 2016/2017-ci il mövsümündə Qazaxıstanda "Okjetpes"in formasını geyinib. Təcrübəli oyunçu 2018-ci ildən "Sabah"da çıxış edir.

Xəbər 302 dəfə oxundu.