Azərbaycan qılıncoynadanları Almaniyada keçirilən “Hartmann Cup” turnirində iştirak ediblər
AZƏRBAYCAN DÖVLƏT İNFORMASİYA AGENTLİYİ
AZRUENDEFRESعربي中文
Saytda axtarış
Son xəbərlər,Siyasət,İqtisadiyyat,Fərman,Qanun,Sərəncam,Müsahibə,Xəbərlərə Abunə,Azərbaycan Prezidenti,Azərbaycan xəbərləri,Valyuta,Hava haqqında,Video xəbərlər,İnfoqrafika,Foto,Heydər Əliyev Fondu,Dağlıq Qarabaq münaqişəsi,Səfər,Qəbul,Bakı - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

FB
TT
IN
YT
IN
TM
VK
RSS
ANA SƏHİFƏHAQQIMIZDABİZİM TƏRƏFDAŞLARXİ̇DMƏTLƏRİ̇Mİ̇ZƏLAQƏ
Hava məlumatı
02.11.2021
Bakı+16+18°C
Valyuta məzənnələri
02.11.2021
Azərbaycanın yeniyetmə şpaqaçıları Almaniyanın Haydenhaym şəhərində keçirilən “European Cadet Circuit” çərçivəsində “Hartmann Cup” turnirində iştirak ediblər.

Qız qılıncoynadanların şəxsi yarışında qrup mərhələsini 4 qələbə ilə başa vuran Nazilə Rəhimova turnirin 1/32 final mərhələsinədək irəliləməyi bacarıb. İlk pley-off görüşündə ukraynalı rəqibi Ustina Ohona 15:8 hesabı ilə qalib gələn N.Rəhimova, növbəti görüşündə polşalı Sesilia Sieslikə 6:15 hesabı ilə uduzub. Qrup mərhələsini 2 qələbə ilə başa vuran Xədicə Həsənli pley-offda turnirin qalibi Rusiya təmsilçisi Anastasiya Rustamovaya 4:15 hesabı ilə uduzub. İki qələbə ilə pley-offa adlayan Aynur Quliyeva polşalı Pola Drobczuka 11:15 hesabı ilə uduzub. Qrupda bir qələbəsi olan Alfiyə Abdinova isə mübarizəni erkən dayandırıb.

Qız şpaqaçılarımız komanda yarışında ilk görüşdə Litvanı təmsil edən kollektivə 40:45 hesabı ilə uduzub.

Oğlan şpaqaçıların şəxsi yarışında qrupda keçirdiyi görüşlərdə 2 qələbə qazanan Raul Aruslanov pley-offda ardıcıl olaraq iki fransalı rəqibi (Aleksis Kotte, Samuel Ravelo de Tovar) üzərində eyni hesablı (15:14) qələbə qazanaraq 1/32 finalda italiyalı Yakopo Rizziyə (8:15) uduzub. Qrupu 2 qələbə ilə başa vuran Cəmil Hidayətov və Orxan Həsənli isə pley-offa yüksələ bilməyiblər.

Oğlan şpaqaçılarımız komanda yarışında Almaniyanın 2-ci komandasına 27:45, Rumıniyanı təmsil edən seçmə kollektivə 38:44, Polşanın turnirdəki ikinci komandasına isə 39:45 hesabı ilə məğlub olublar.

Xəbər 305 dəfə oxundu.