Azərbaycan millisinin futbolçusu Ukraynada fərqləndirilib
Ukrayna Premyer Liqasında ən çox driblinq edən futbolçuların adları açıqlanıb.

Beynəlxalq İdman Araşdırmaları Mərkəzindən (CIES) "Report"a verilən məlumata görə, "10-luğ"a "Minay" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Rüstəm Əhmədzadə də düşüb.

21 yaşlı yarımmüdafiəçi orta hesabla hər oyunda 4,11 dəfə diriblinq edir. Onun cəhdlərinin 44,22 faizi dəqiq alınıb. Əhmədzadə 8-ci pillədə qərarlaşıb.

Birinci sırada Donetsk "Şaxtyor"undan Manor Solomon (8,09 dəfə) qərarlaşıb. 22 yaşlı vingerin dəqiqlik göstəricisi 80,6 faizdir.

Xəbər 304 dəfə oxundu.