"Qalatasaray"da çıxış edən Engin Baytar gözlənilməz cəza ilə üz-üzə qalıb
"Qalatasaray"da çıxış edən Engin Baytar gözlənilməz cəza ilə üz-üzə qalıb. Türkiyə Futbol Federasiyası 29 yaşlı yarımmüdafiəçini 11 oyunluq diskalivikasiya edib.

Buna səbəb isə təcrübəli oyunçunun Türkiyə Superkubokunda "Fənərbaxça" ilə matçın 66-cı dəqiqəsində görüşün hakimi Cüneyt Çakıra hücum çəkməsidi. Məsələyə hüquqi qiymət verən Nizam-İntizam Komitəsi futbolçuya layiq olan cəzanı verdiyini bildirib.

Sözügedən komandalar arasında keçirilən oyun isə "cim-bom"un 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər 1116 dəfə oxundu.