Qurban Qurbanov baş məşqçi kimi 350-ci qələbəsini qazanıb
Futbol üzrə “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov karyerasında 350-ci qələbəsinə nail olub. Bu uğur Premyer Liqanın IX turu çərçivəsində “Neftçi” ilə oynanılan görüşə təsadüf edib. Qırx doqquz yaşlı mütəxəssisin yetirmələri görüşdə 4:0 hesabı ilə qalib gəlib.

Baş məşqçi karyerasına “Neftçi”də başlayan Qurban Qurbanov ilk qələbəsini bu komandanın sükanı arxasında qazanıb. 2006-cı il avqustun 6-da onun komandası “Gənclərbirliyi” ilə çempionatdakı ev görüşündə 6:1 hesablı qələbəyə sevinib. Qurban Qurbanov 15 illik baş məşqçi karyerasında üç komandanı çalışdırıb. O, “Neftçi” ilə 25, “Qarabağ” ilə 321, Azərbaycan milli komandası ilə 4 qələbə sevincini yaşayıb.

Xəbər 335 dəfə oxundu.