Murad Musayevin "Sabah"dakı köməkçiləri bəlli olub
"Sabah"ın yeni baş məşqçisi Murad Musayevin paytaxt təmsilçisindəki köməkçiləri müəyyənləşib.

Bunlar Artur Olenin, Aleksey Malaxov və Vitali Korneyevdir.

Olenin 38 yaşlı rusiyalı mütəxəssisin əsas, Korneyev ikinci köməkçisi olacaq. Malaxov isə fiziki hazırlıq üzrə məşqçi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, "Sabah" Murad Musayevlə 2 illik müqavilə bağlayıb.

Xəbər 300 dəfə oxundu.