Qara Qarayev "Qarabağ"ın heyətində 400-cü matçına çıxıb
Qara Qarayev “Qarabağ”ın heyətində 400-cü oyunu keçirib.

Yubiley Premyer Liqanın IX turunda "Neftçi"ni 4:0 hesabı ilə məğlub etdikləri qarşılaşmada gerçəkləşib.

Yalnız bir klubda çıxış edən 29 yaşlı yarımmüdafiəçinin aktivində 4 qol var. Qarayev çempionatda 262, kubokda 36, avrokuboklarda 102 dəfə meydana çıxıb. Onun bütün qolları Premyer Liqada qeydə alınıb.

Bu vaxtadək “Qarabağ”ın tarixində yalnız bir futbolçu - Maksim Medvedev 400 matç səddini arxada qoyub.

Qeyd edək kİ, Qara Qarayevin komandada debütü 2008/09 mövsümünə təsadüf edib. O, 2008-ci il noyabrın 5-də “Bakılı” ilə kubokun 1/8 final mərhələsinin cavab matçında (0:0) şans qazanıb.

Xəbər 493 dəfə oxundu.