Şahmat üzrə “Grand Swiss-2021” turnirinin altıncı turunun oyunları keçiriləcək
Riqada şahmat üzrə “Grand Swiss-2021” turnirinin altıncı turunun oyunları keçiriləcək.

Şahmatçılarımız Rauf Məmmədov Surya Şekhar Ganquli (Hindistan), Nicat Abasov Villagra Cristobal Henriquez (Çili), Vasif Durarbəyli İvan Çeparinov (Bolqarıstan), Aydın Süleymanlı Adli Ahmed (Misir) ilə qarşılaşacaqlar.

Beş turun nəticəsinə görə, R.Məmmədov, N.Abasov 2 xal, V.Durarbəyli və A.Süleymanov 1,5 xal qazanıblar.

İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət olan turnirə noyabrın 7-də yekun vurulacaq.

Xəbər 287 dəfə oxundu.