Yunan-Roma güləşçilərimiz U-23 dünya çempionatında mübarizəyə başlayırlar
Bu gün Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı start götürəcək.

İlk yarış günündə 5 yunan-Roma güləşçimiz xalçaya çıxacaq.

Millimizin üzvlərindən Nihad Quluzadə (55 kq) İxtiyar Botirov (Özbəkistan) - Poya Dad Marz (İran) cütünün qalibi ilə, Həsən Məmmədli (63 kq) Korneliu Rusu (Moldova), Qurban Qurbanov (77 kq) bolqarıstanlı Zlatomir Emilov, Məhəmməd Əhmədiyev (87 kq) Mario Vukoviç (Serbiya), Sərxan Məmmədov (130 kq) Çili güləşçisi Dieqo Almendras ilə qarşılaşacaq.

Qeyd edək ki, görüşlər Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.

Xəbər 285 dəfə oxundu.