Portuqaliya-Azərbaycan oyununun başlama saatı teleyayımla əlaqədar olaraq dəyişdirilib
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Portuqaliya-Azərbaycan oyununun başlama saatı teleyayımla əlaqədar olaraq dəyişdirilib.

Görüş əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı vaxtı ilə sentyabrın 12-də saat 01:00-da deyil, 00:15-də başlayacaq.

Qeyd edək ki, Portuqaliya-Azərbaycan oyunu Braqa şəhərindəki “AXA Stadium”da keçiriləcək.

Xəbər 909 dəfə oxundu.